"Qarabağ" Geryeni göndərir?

10:34 3 Noyabr 2018

Donald Gerye qışda "Qarabağ"dan gedə bilər. Bu futbolçuya daha sərfəli təkliflər gəlməsi haqda daha öncə məlumat vermişdik. Üstəlik, son zamanlar futbolçu ilə klub arasında da soyuqluq yaranıb. 

 

Sportarena.az xəbər verir ki, bu yaxınlarda düşərgəyə gec gəldiyi üçün baş məşqçi Qurban Qurbanov da ona böyük məbləğdə pul cəzası kəsmişdi. Bütün bu baş verənlər isə haitili futbolçunun "Qarabağ"dan gedişini şərtləndirir. Artıq onun qışda Ağdam klubundan gedəcəyinə dair məlumat almışıq.

 

Qeyd edək ki, Geryenin "Qarabağ"la müqaviləsi 2019-cu ilin yayında başa çatır.

 


Digər xəbərlər

Xəbər xətti