Hücumçumuz Rusiyada növbəti qələbəyə sevinib

10:55 3 Noyabr 2018

Qadın voleybolçular arasında Rusiya kubokunda yarımfinal mərhələsi start götürüb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Yelizaveta Səmədovanın şərəfini qoruduğu "Leninqradka" bu mərhələnin ilk turunda "Saxalin"lə üz-üzə gəlib. Görüş voleybolçumuzun komandası üçün uğurlu alınıb. 4 hissə davam edən qarşılaşmada Sankt-Peterburq təmsilçisi 3:1 (25:19, 25:22, 15:25, 25:23) hesabı ilə qələbə qazanıb.

 

Qeyd edək ki, "Leninqradka" növbəti oyununu sabah keçirəcək. Komandanın 2-ci turdakı rəqibi "Samrau" klubu olacaq.

 


Digər xəbərlər

Xəbər xətti