"Neftçi" "Keşlə"yə, "Qarabağ" "Sumqayıt"a qalib gəldi - YENİLƏNİB

20:53 3 Noyabr 2018

Bu gün Topaz Premyer Liqada 10-cu tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

 

Tura "Keşlə" - "Neftçi" oyunu ilə start veriləcək. Meydan sahibləri liderlə oyunda yeni baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında ilk qələbəsini qazanmağa çalışacaq.

 

Günün digər matçında isə son turlar uğursuz çıxış edən "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. 



3 noyabr (şənbə)

 

17:00. “Keşlə” – “Neftçi” 0:1

Qol: Mirabdulla Abbasov, 2

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Sərxan İsmayılov
"ASK Arena"

 

19:00. “Qarabağ” – “Sumqayıt” 2:0

Qol: Slavçev, 25, Delarj, 56

Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Knyaz Əmiraslanov, Əliyar Ağayev
Tofiq Bəhramov dına Respublika stadionu

 


Xəbər xətti