Həbib axtarışda olan şəxslə görüşdü - FOTO

14:45 3 Noyabr 2018

UFC çempionu Həbib Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

 

Sportarena.az xəbər verir ki, Həbib Dubayda Sideny olimpiadasının qalib Saqid Murutzəliyevlə görüşüb. Murtuzəliyev karyerasını bitirdikdən sonra siyasətlə məşğul olub. O, "Vahid Rusiya" partiyasından Dağıstan Xalq Məclisinə deputat seçilib. Rusiya Pensiya Fondunun Dağıstan şöbəsinə rəhbərlik edib.

 

2015-ci ildə o, terrorizmi maliyyələşdirməkdə ittiham olunaraq, beynəlxalq axtarışa verilib. Murtuzəliyev sifarişli qətl təşkil etməkdə də ittiham olunur.


Xəbər xətti