Mertens İtaliya çempionatının tarixinə düşdü

15:25 3 Noyabr 2018

İtaliya A seriyasının XI turunda "Empoli"ni qəbul edən "Napoli" böyükhesablı (5:1) qələbə qazanıb. 

 

Sportarena.az xəbər verir ki, bu görüşdə het-trik edən "Napoli"nin hücumçusu Dris Mertens tarixə düşüb. "Empoli"nin qapısından 3 qol keçirdən Mertens A seriyasında ən çox qol vuran belçikalı futbolçu ünvanına sahib olub. Onun aktivində ümumilikdə 73 qol var.

 

Mertens "Kalyari", "Fiorentina" və "Boloyna"da ümumilikdə 72 dəfə fərqlənmiş həmyerlisi Luis Oliveyranı qabaqlayıb.

 


Xəbər xətti