Premyer Liqa klubunda ciddi itki

18:47 3 Noyabr 2018

İngiltərənin “Mançester Siti” klubu ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, Kevin De Breyne yenidən zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə dizində problem olan belçikalı futbolçunun 5-6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

 

De Breyne mövsümün əvvəlində də dizindən zədələnmişdi. İki həftə əvvəl “Bernli” ilə matçda yenidən yaşıl meydanlara qayıdan 27 yaşlı futbolçu, İngiltərə Liqa kuboku çərçivəsində “Fulhem”lə keçirilən oyunda yenidən zədələnib.

 


Xəbər xətti