Qurban Qurbanov: “Hər kəs intizamlı oynadı”

21:18 3 Noyabr 2018

“Futbolçuları təbrik edirəm. Uzun müddət idi qalib gəlmişdik. Biz fərqli yanaşırıq. Hər kəs intizamlı oynamağa çalışdı. Bəzi səhvləri nəzərə almasaq, komanda yaxşı oynadı. “Sumqayıt” komandasında da hər şey qaydasındadır, çünki öz oyunlarını tapıblar. Yorğunluq olsa da, futbolçular yaxşı oynadı”

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Topaz Premyer Liqasının X turunda “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

– Kintananın durumu necədir?

– Ola bilər, Poltavadaki oyunda meydana daxil olsun, ancaq start heyətdə olmayacaq. Ümumiyyətlə, fiziki hazırlığa baxacağıq. Hər oyunçu həmin oyunda oynamaya bilər.

 

– Düşünmədiniz ki, avrokubok oyunlarını da Tofiq Bəhramov adına Respublika stadionunda oynasaydınız daha yaxşı olardı?

– Bu stadion bizə doğmadır. Futbolçular özlərini rahat hiss edirlər. Açığı bu barədə düşünməmişəm. Burada oynamaq alınmadı, ümid edirəm, növbəti mövsüm alınar. Ancaq məndə belə düşüncə olmayıb.

 

– Bu gün Poltavadaki oyuna nəzərən hər hansı addımlar atdınızmı?

– Daha çox bu oyunu düşünürdüm

 


Digər xəbərlər

Xəbər xətti