Rüfət Dadaşov üçün 79 dəqiqə və 1 xal

11:29 4 Noyabr 2018

Futbol üzrə Almaniya 3-cü Liqasında 14-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb. Futbolçumuzun komandası doğma meydanda “1860 Münhen”lə qarşılaşıb. Münster klubu bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

 

Dadaşovun komandası 14 turdan sonra 26 xalla 2-ci pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti