Millimizə 22 futbolçu dəvət aldı SİYAHI

17:33 4 Noyabr 2018

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı müəyyənləşib. 

 

Sportarena.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə yığmamızın təlim-məşq toplanışı olacaq.

 

Baş məşqçi Vüqar Məmməd noyabrın 4-dən 10-dək Bakıda təşkil olunacaq hazırlıq prosesinə 22 futbolçu dəvət edib: Murad Mahmudov (“Frankfurt”, Almaniya), Kamran Quliyev (“Yonova”, Litva), Əkbər Vəliyev (“Keşlə”), Elvin Cəfərquliyev, Elvin Talıbov, İbrahim Hüseynov, Nicat Mehbalıyev, Rauf Hüseynli, Tural Bayramov, Turan Vəlizadə, Xəqani Sadixov, Zamiq Əliyev (hamısı “Qarabağ”), İdris İnqilablı, İzzət Muştaqov, Rüstəm Nuriyev, Samir Qurbanov, Vüsal Məsimov (hamısı “Qəbələ”), Nail Alışov (“Neftçi”), Emil Qasımov, Şakir Seyidov, Zahid Mərdanov (hamısı “Sabah”), Elnur Ibrahimov (“Spartak-2”, Moskva, Rusiya).

 


Xəbər xətti