Aftandil Hacıyev: "Texniki məğlubiyyətlərin günahını bizdə axtarırlar"

21:32 4 Noyabr 2018

“Gərgin oyun oldu. Arıcıl iki oyundu 10 nəfərlə mübarizə aparırıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

 

Bayıl təmsilçisi Topaz Premyer Liqasının X turunda səfərdə “Zirə” ilə qolsuz heç-heçə edib.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Rəqib bizdən üstün oyun sərgilədi. Heyətimizdə zədəlilər var idi. Ağabala ilə Koçukun olmaması oyunumuza təsir etdi. Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə apardılar. Hətta rəqibi cəzalandıra bilərdik. Ədalətli nəticə heç-heçə idi”.

 

- Ağabala Ramazanovun zədəsi ciddidir?

-Zədəsi ciddi deyil. Ancaq bu oyunu buraxmalı idi. Hazırda fərdi məşqlərlə kifayətlənir. İnşallah, bu həftə komanda ilə məşqlərə başlamalıdır. 

 

- Oyunun gedişində zədələnən futbolçuların durumu necədir?

- İqor Korotetskinin zədəsi ciddidir. Lakin durumuna yekun tibbi müayinədən sonra aydınlıq gələcək. Ruslan isə gələn oyun bizimlə olacaq.

 

- Komanda 10 oyuna 6 qol vurub, ancaq üçüncü pillədə qərarlaşıb.  Hücumçularınız zəif təsir bağışladığını düşünmürsünüz?

- Belə deyək, nədənsə texniki məğlubiyyətlərin günahını bizdə axtarırlar.  Deməzdim ki, hücumçularımız zəifdir. Bəzən əks-hücumda, bəzən mövqe hücumlarında qollar vururuq. Elə rəqiblər var ki, birinci nömrə ilə oynamırıq.   

 

- Qışda heyətdə hansı dəyişikliklər edəcəksiniz?

- Əgər bu mövqedə qala bilsək, güclənəcəyik. Ən azı 3 oyunçuya ehtiyacımız var. 2 futbolçumuz zədəli olanda, çətinlik çəkdiyimizi görürük. Ona görə də qışda heyətimizi gücləndirməliyik. 

 


Digər xəbərlər

Xəbər xətti