Renat Dadaşov üçün 10 dəqiqə və 1 xal

11:17 5 Noyabr 2018

Futbol üzrə Portuqaliya Sequndasında 8-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Gimaraynş”ın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Dadaşov da bu oyunun iştrakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb. “Eştoril” 8 turdan sonra 14 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

 


Xəbər xətti