"Keşlə"də yenə maaş problemi

11:36 5 Noyabr 2018

Topaz Premyer Liqasının autsayderləri sırasında qərarlaşan "Keşlə" klubunda futbolçuların maaşı növbəti dəfə gecikir.  

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçuları bir aydan çoxdur əməkhaqqına həsrət qalıblar. Sonuncu dəfə sentyabr ayının ortalarında pul görən futbolçular, noyabr ayı olmasına baxmayaraq, hələ də maaşlarınıı əldə edə bilməyiblər.   Oyunçulara yaxın günlərdə problemin həll olunacağı bildirilib.  

 

Qeyd edək ki, "Keşlə" bugünlərdə baş məşqçi postuna Tərlan Əhmədovu gətirib.


Xəbər xətti