"Borussiya" 3 cavabsız qolla qalib gəldi - VİDEO

12:18 5 Noyabr 2018

Almaniya Bundesliqasında 10-cu turunun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Münhenqladbax "Borussiya"sı evdə "Fortuna"ya 3:0 hesabı ilə qalib gəlib.

 

Bundesliqada turnir cədvəlinə 24 xalla "Borussiya Dortmund" başçılıq edir. "Borussiya Münhenqladbax"la "Bavariya" 20 xalla 2-3-cü yerləri bölüşürlər. "Leyptsiq" 19 xalla 4-cüdür. 5 xalı olan Düsseldorf "Fortuna"sı 17-cidir.

 

"Borussiya Münhenqladbax" 3-0 "Fortuna Düsseldorf"

Qollar: Torqan Hazard, 48 (pen.), 82, Yonas Hoffman, 67


Digər xəbərlər

Xəbər xətti