"Qarabağ"ın rəqibi baş məşqçisini qovdu

12:38 5 Noyabr 2018

Portuqaliyanın “Sportinq” klubu baş məşqçisi Joze Pezeyru ilə yollarını ayırıb. 

 

Sportarena.az xəbər verir ki, komandanın qeyri-stabil çıxışı 58 yaşlı mütəxəssisin qovulmasına səbəb olub. Pezeyru bu ilin iyul ayından “Sportinq”i çalışdırırdı.

 

Qeyd edək ki,  "Sportinq" “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibidir. Bu komandaların Lissabonda keçirilən oyununda Portuqaliya təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

 


Digər xəbərlər

Xəbər xətti