İsrafilovlu “Alkorkon”dan inamlı qələbə

13:19 5 Noyabr 2018

Futbol üzrə İspaniya Sequndasında 12-ci turun oyunları keçirilib.


Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Rayo Maxadahonda” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb - 2:0.İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Yarımmüdafiəçi 74-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.


Hazırda 24 xala malik “Alkorkon” 22 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti