Quliyevdən məhsuldar ötürmə, “Rostov”dan heç-heçə

13:40 5 Noyabr 2018

Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilir.


Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Krasnodar”la qarşılaşıb. Quliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2. Ayaz da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib.


Quliyev komandasının 6-cı dəqiqədə vurduğu ilk qolda məhsuldar ötürmə müəllifi olub. “Rostov” hazırda 22 xalla 4-cü pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti