Rusiyada Azərbaycan derbisi: Əliyev 34, Şeydayev 20 dəqiqə oynadı

10:15 6 Noyabr 2018

Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə digər azərbaycanlı futbolçu Azər Əliyevin komandası - “Ufa” ilə üz-üzə gəlib. Samara təmsilçisi bu oyunda 2:1 hesablı qələbəyə sevinib.

 

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Əliyev matçın 56-cı, Şeydayev isə 70-ci dəqiqəsində meydana buraxılıb. “Krılya Sovetov” 13 turdan sonra 14 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. “Ufa” isə 11 xalla 15-cidi.


Xəbər xətti