Dəniz Yılmazın komandası Ozan Canı məyus etdi

11:14 6 Noyabr 2018

Futbol üzrə Türkiyə 1-ci liqasında 11-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” bu turda U-21 yığmamızın üzvü Ozan Can Kökçünün komandasını - “Girəsunspor”u qəbul edib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Paytaxt klubu ev oyunundan qalib ayrılıb - 1:0.

 

Dəniz bu görüşün 90-cı dəqiqəsində meydana buraxılıb. Ozan isə start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib. 11 turdan sonra “Gənclərbirliyi” 31 xalla liderdi. “Girəsunspor” isə 14 xalla 9-cudu.

 


Xəbər xətti