“Qarabağ”la “Neftçi”nin futbolçuları Haiti millisinə çağırıldı

12:58 6 Noyabr 2018

Futbol üzrə Haiti milli komandasının heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Soni Mustivar, həmçinin “Qarabağ”ın müdafiəçisi Donald Gerye də Haiti millisinə dəvət olunub. Noyabrın 11-dən 21-dək yığmanın düşərgəsində olacaq “Neftçi”nin 28 yaşlı yarımmüdafiəçisi ilə Ağdam klubunun 29 yaşlı futbolçusu KONKAKAF Milli Liqası çərçivəsində noyabrın 17-də Nikaraqua, 20-də isə Salvador yığmaları ilə səfər matçlarına çağırılıblar.

 

Qeyd edək ki, Soni Mustivar 2013-cü ildən çıxış etdiyi Haiti milli komandasının heyətində 13 oyun keçirib, 2 qol vurub. Gerye isə millidə 41 oyuna 9 dəfə fərqlənib.

 


Digər xəbərlər

Xəbər xətti