“Keşlə” və “Səbail”in futbolçuları cəzalandırıldı

14:21 6 Noyabr 2018

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış bir oyun, eləcə də 10-cu turun görüşləri ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:


7-ci turdan təxirə salınmış “Keşlə” – “Qarabağ” matçının 88-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Samir Məsimov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

 

10-cu turun “Zirə” – “Səbail” matçının 60-cı dəqiqəsində “Səbail”in futbolçusu Şəhriyar Rəhimov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.


Xəbər xətti