Venger "Milan"la danışıqlar aparır?

20:29 6 Noyabr 2018

"Arsenal"ın sabiq çalışdırıcısı Arsen Venger "Milan"ın baş məşqçisi ola bilər.

 

Sportarena.az xəbər verir ki, A seriyası təmsilçisi fransalı mütəxəssislə danışıqlar aparır. Danışıqların yaxın vaxtlarda müvəffəqiyyətlə başa çatacağı gözlənilir.

 

A.Venger mayda 22 il çalışdırdığı "Arsenal"ın baş məşqçisi vəzifəsindən gedib.  Xatırladaq ki, "Milan"ın hazırkı baş məşqçisi Cennaro Qattuzodur.

 


Digər xəbərlər

Xəbər xətti