İbrahimoviç: "Ağzını açan hər kəs belə danışırdı"

21:35 6 Noyabr 2018

"Los-Anceles Qalaksi"də çıxış edən Zlatan İbrahimoviç növbəti dəfə özünü tərifləyib.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı forvard İngiltərə mətbuatına verdiyi açıqlamada "Mançester Yunayted"ə getməsindən və Premyer Liqa karyerasından danışıb: "İnsanlar deyirdi ki, Premyer Liqaya getməyə ehtiyac yoxdur, yaşım keçib, özümü sübut edə bilməyəcəm və gülüş hədəfinə çevriləcəm. Ağzını açan hər kəs belə danışırdı. Bəs nə oldu? Onların belə danışması məni motivasiya edirdi. Premyer Liqanı çox sevdim. Çempionat həyəcanlı idi. İnsanlara "10 il əvvəl bura gəlmədəyim üçün şanslısınız, çünki 35 yaşında etdiklərimi 25 yaşında etdiyim kimi düşünün" deyirdim. 10 il əvvəl gəlsəydim, tam fərqli olardı. Mən İngiltərəyə gedəndə insanlar təkərli kresloya əyləşməyə gəldiyimi deyirdilər, ancaq mən nə etdim? Boş-boş danışan adamları həmin kresloda oturdum!"

 

Qeyd edək ki, isveçli forvard 2016-2018-ci illərdə "Mançester Yunayted"də çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti