İtaliya klubunda yeni baş məşqçi

13:21 7 Noyabr 2018

İtaliyanın “Empoli” klubunun yeni baş məşqçisi müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, A Seriyası təmsilçisi 54 yaşlı mütəxəssis Cüzeppe Yakiniyə həvalə olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, bu postda Aurelio Andreatsolini əvəzləyib. İtaliyalı baş məşqçi ilə imzalanan müqavilənin şərtləri bəlli deyil. Qeyd edək ki, Cüzeppe Yakini son olaraq 2017/18 mövsümündə ölkəsinin "Sassuolo" klubuna rəhbərlik edib. 


"Empoli" A Seriyasında 11 turdan sonra 6 xalla 18-ci pillədə qərarlaşıb.


Xəbər xətti