Bekhem stadion inşa etdirəcək

14:23 7 Noyabr 2018

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem sahibi olduğu “İnter Mayami” klubu üçün stadion inşa etdirəcək.

 

Sportarena.az xarici mediaya istinadən xəbər verir ki, bu ilin sonunda tikintisi başlanılacaq stadion 25 min nəfərlik nəzərdə tutulub. Stadionun tikintisi klubun bazasının yerləşdiyi ərazidə məskunlaşan insanlar arasında keçirilən referendumdan sonra qəbul olunub. Belə ki, səsverənlərin 60 faizi yeni stadion tikilməsinə razılıq veriblər.

 

Qeyd edək ki, "İnter Mayami" klubu 2020-ci ildən ABŞ və Kanadanın ən yüksək liqası sayılan MLS-də mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti