Mbappe PSJ-dən şəxsi təyyarə istədi

17:07 7 Noyabr 2018

PSJ-nin futbolçusu Kilian Mbappe klubu ilə yeni müqavilə imzalamaq üçün maraqlı tələb irəli sürüb.

 

Sportarena.az xəbər verir ki, 20 yaşlı hücumçu 5 illik müqavilə üçün Paris klubundan 55 milyon avro və şəxsi təyyarə istəyib. Eyni zamanda, Mbappe "Qızıl top" mükafatını qazanacağı təqdirdə, klubun ən çox qazanan futbolçusu olmaq istədiyini bildirib.

 

Qeyd edək ki, bu mövsüm 11 oyuna 13 qol vurub. Onun PSJ ilə hazırkı müqaviləsi 2022-ci ildə başa çatacaq.

 


Xəbər xətti