AFFA-nın Hakimlər Departamentinin sədri Fritz Stüxlik yeni qərar qəbul edib.
Sportarena.az xəbər verir ki, avstriyalı sabiq referi AFFA-nümayəndələrinin sayını azaldıb. Əldə etdiyimiz məlumata görə, Stüxlik Topaz Premyer Liqasının IX turundan sonra AFFA nümayəndələri ilə görüş keçirib. O, həmin görüşdən sonra 10 nəfərin qələmini qırıb. Stüxlik nəticələri uğurlu olmayan 10 nəfəri vəzifəsindən azad edib. Bu ixtisardan sonra AFFA nümayəndələrinin sayı 6-a enib. Erkin Hüseynov, Əsgər Əmirəliyev, Seymur Səlimli, Namiq Məstanov və adını dəqiqləşdirə bilmədiyimiz iki nəfərin işinə davam edəcəyi dəqiqdir.
Qeyd edək ki, Stüxlik bundan öncə aşağı liqalarda 4-cü hakimlərin ləğv edilməsi ilə bağlı verdiyi qərarla yadda qalıb. (futbol11.az)