Hamşik "Napoli"nin tarixinə düşdü

18:47 7 Noyabr 2018

Çempionlar Liqasının 4-cü turunda PSJ ilə keçirilən oyun  "Napoli"nin futbolçusu Marek Hamşik üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyun slovakiyalı yarımmüdafiəçinin "Napoli" forması ilə 512-ci matçı olub. Bu isə klub üçün yeni rekord hesab edilir. Hamşik buna qədər "Napoli" forması ilə 511 oyuna çıxan Cüzeppe Bruskolottini qabaqlayıb.

 

Qeyd edək ki, 31 yaşlı futbolçu 2007-ci ildən Neapol təmsilçisində çıxış edir.

 


Xəbər xətti