"Qarabağ" "Vorskla"ya qalib gəldi - YENİLƏNİB

02:04 9 Noyabr 2018

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq. Ağdam təmsilçisi Ukraynada “Vorskla”nın qonağı olacaq. Bakıda bu rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası Poltavada məğlubiyyətin əvəzini çıxmağa və qrupda ilk qələbəsini qazanmağa çalışacaq.

 

Xatırladaq ki, qrupda keçirdiyi üç oyunda qol vura bilməyən “Qarabağ” səfərdə “Sportinq”ə (0:2), Bakıda isə “Arsenal” (0:4) və “Vorskla”ya (0:1) məğlub olub.



Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan) 0:1
Araz Abdullayev, 13 (pen) Baş hakim:
 Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion


Digər xəbərlər

Xəbər xətti