Benzema 200-ə çatdı

13:00 8 Noyabr 2018

Çempionlar Liqasının qrup mərhələsində hazırda “Viktoriya” ilə keçirilən görüş “Real”ın futbolçusu Kərim Benzema üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, oyunda dubl edən fransalı hücumçu bununla “Real”da vurduğu qollarının sayını 201-ə çatdırıb. 30 yaşlı forvard  “Real”ın tarixində 200 qol həddini keçən 7-ci futbolçu olub.

 

Qeyd edək ki, Benzema   2009-cu ildən Madrid klubunda çıxış edir.


Xəbər xətti