AFFA-da Ramin Musayevə salam vermək qadağan olunub?

11:30 8 Noyabr 2018

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev AFFA-da «mühasirə»yə düşüb.

 

Sportarena.az xəbər verir ki, gələn seçkilərdə iştirak etməyəcəyini açıqlayan, bununla da çoxillik futbol fəaliyyətinə son verməyə hazırlaşan PFL-nın rəhbəri «mehriban düşmənlər»inin növbəti təzyiq vasitəsilə üzləşib. Əvəzedici komandaların I Diviziona, Hakimlərlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsinin birləşdirilməsindən sonra səlahiyyət dairəsi xeyli məhdudlaşdırılan Musayevə indi də salam vermək qadağan olunub. Nə qədər gülməli və iyrənc qərar kimi görünsə də, bu, həqiqətdi.

 

AFFA-nın binasında Musayevlə görüşənlər, hətta üzbəüz gələnlər müşahidə kameraları vasitəsilə izlənilir və incələnir. Sonra isə «qapalı mərtəbə»yə çağırılaraq, «profilaktik göstəriş» verilir: «Musayevi gördünsə, yolunu dəyiş». (sportinfo.az)


Digər xəbərlər

Xəbər xətti