Futbolda radikal qərar: Penalti ilə bağlı qayda dəyişə bilər

17:04 8 Noyabr 2018

Futbolda 11 metrlik cərimə zərbəsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər. 

 

Sportarena.az xəbər verir ki, FİFA bu məsələni müzakirə etməyə hazırlaşır. Ümumiyyətlə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası oyun qaydalarında bir sıra dəyişikliklər etməyi planlaşdırır. Bununla bağlı qurumun iclası keçirilib. BFAŞ xüsusilə penalti zərbələri ilə bağlı indiki qaydalardan məmnun deyil. Qurum penaltinin bir zərbədən ibarət olmasının tərəfdarıdır. Qərar qüvvəyə minərsə, oyunçunun və ya oyundaşının qapıçıdan, dirəkdən və ya tirdən dönən topa zərbə vurmaq imkanı olmayacaq. Yəni oyundan sonrakı penalti seriyasındakı qaydanın geniş tətbiqi nəzərdə tutulur.  

 

İclasda cərimə meydanı daxilində topa əllə müdaxilə ilə bağlı şərtlərin də müzakirəsi olub. Bundan başqa, 90 dəqiqə sona çatandan sonra matça əlavə edilmiş vaxtda komandaların əvəzləmə haqqı olmayacaq.  Qaydalardakı dəyişikliklərin BFAŞ-ın növbəti iclasında rəsmən qüvvəyə minəcəyi gözlənilir.  

 


Digər xəbərlər

Xəbər xətti