"Arsenal"ın zədəli futbolçusu "Qarabağ"a qarşı oynayacaq

17:46 8 Noyabr 2018

İngiltərənin "Arsenal" klubunun uzun müddətdir zədəli olan futbolçusu Loran Koselni Avropa Liqasının qrup mərhələsinin VI turunda evdə "Qarabağ"la matçda iştirak edəcək. 

 

Sportarena.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Unay Emeri məlumat verib.  48 yaşlı mütəxəssis bildirib ki, fransalı müdafiəçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra oyunlara çıxmaq üçün tam hazır olacaq. 

 

Qeyd edək ki, Loran Koselni ötən mövsüm Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda İspaniya "Atletiko"su ilə matçda zədələnib. 33 yaşlı oyunçu bu səbəbdən Rusiyada keçirilmiş dünya çempionatında da iştirak etməyib. Təcrübəli müdafiəçi Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal"ın Bakı Olimpiya Stadionunda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdiyi oyunu da buraxıb. Koselni oktyabr ayında Fransa millisindəki karyerasını başa vurduğunu açıqlayıb. 

 


Digər xəbərlər

Xəbər xətti