Sağlamlıq imkanları məhdud uşaqlar üçün futbol festivalı

16:36 9 Noyabr 2018

BMT-nin qərarı ilə oktyabrın 20-dən noyabrın 21-dək ümümdünya uşaqların müdafiə ayıdı. 


Sportarena.az xəbər verir ki, uşaq və gəncləri sağlam həyat tərzinə cəlb etmək, onların asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, gənclərin fiziki, əqli, sosial və mənəvi durumundan asılı olmayaraq futbol oynamaq imkanının yaradılması məqsədilə AFFA-nın dəstəyilə noyabrın 9-da 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün futbol festivalı keçiriləcək. 


Assosiasiya tərəfindən uşaqlara idman geyimləri və idman ləvazimatları veriləcək. Layihədə uşaqlara dəstək olmaq üçün HOMS qurumunun əməkdaşları (səfirlərin həyat yoldaşları) qonaq qismində iştirak edəcək, uşaqlara futbol topları ilə yanaşı müxtəlif hədiyyələr təqdim edəcəklər.


Xəbər xətti