Runi yenidən İngiltərə millisində

15:38 9 Noyabr 2018

ABŞ-ın "Di Si Yunayted" klubunun futbolçusu Ueyn Runi yenidən İngiltərə millisinə çağırılıb.


Sportarena.az xəbər verir ki, yığmanın baş məşqçisi Qaret Sautqeyt ABŞ və Xorvatiya ilə keçiriləcək oyunlar üçün 33 yaşlı hücumçuya da dəvət göndərib. Bununla da Runi iki ildən sonra millidə meydana çıxmaq imkanı qazanacaq. İngiltərə millisində 119 oyuna 53 qol vuran Runi yığmanın tarixində ən yaxşı bombardirdi. O, sonuncu dəfə 2016-cı il noyabrın 11-də Şotlandiya ilə DÇ-2018-in seçmə oyununda (3:0) millinin heyətində meydana çıxıb.


Qeyd edək ki, İngiltərə millisi ABŞ-la noybarın 15-də yoxlama oyununda qüvvəsini sınayacaq, noyabrın 18-də isə Millətlər Liqasının 4-cü turunda Xorvatiyanı qəbul edəcək.


Xəbər xətti