"Qalatasaray"a ağır cəza

15:03 9 Noyabr 2018

Türkiyə Superliqasının 11-ci turunda baş tutan "Qalatasaray" - "Fənərbağça" qarşılaşmasında yaşanan insidentə görə cəzalar məlum olub.

 

Sportarena.az xəbər verir ki, ən ağır cəza "Qalatasaray"ın baş məşqçi köməkçisi Hasan Şaşa və "Fənərbağça"nın futbolçusu Jailsona verilib. Hər ikisi 8 oyunluq diskvalifikasiya olunub. "Cim-Bom"un baş məşqçisi Fatih Terim 7 oyunda komandasını kənardan izləyəcək. Rayan Donkun (Qalatasaray) 6 oyunluq cəza alması da diqqət çəkib. Bundan başqa, Roberto Soldadoya da (Fənərbağça) 6, Badou Ndiayeyə (Qalatasaray) isə 5 oyunluq cəza verilib. Eyni zamanda hər iki komandaya pul cəriməsi də kəsilib.

 

Qeud edək ki, İstanbul derbisi 2:2 hesabıyla başa çatmışdı.

 


Xəbər xətti