Rəşad Sadıqov: "Qarabağ"ın yeni tarix yazması mənim üçün önəmli olacaq"

Sportarena.az      9 Noyabr 2018, 04:05
"Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə Ukraynanın "Vorskla" komandası üzərində minimal hesablı (0:1) qələbə qazanıb.

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

 

- Kifayət qədər ağır qarşılaşma oldu, iki dəfə oyun dayandı. "Qarabağ" üçün fərqli atmosfer oldu. Oyun barədə düşüncələrəniz necədir?

- Oyundan əvvəl özümüzü gərgin mübarizəyə hazırlamışdıq. Həqiqətən də belə oldu. Dünən məşq edəndə də gördük ki, bu saatlarda meydança donur. Rəqib evdə oynayırdı, bilirdik daha istəkli, aqressiv olacaqlar. Biz də çalışırdıq ki, ən azından mübarizədə onlara məğlub olmayaq. Maraqlı oyun keçdi, fərqli qarşılaşma oldu, ikinci hissə təxminən 60 dəqiqə davamm etdi. Yaxşı mübarizə gördük. Uşaqların hər birini təbrik etmək istəyirəm. Çünki həqiqətən çox yaxşı mübarizə apardıq.  

 

- Jezniçakla müdafiədəki tandeminiz yaxşı alındı. Bu barədə nə deyə bilərsən?

- İlk dəfə deyil ki, onunla eyni mövqedə oynayırıq. Bədavi zədəli olanda da, bir yerdə oynamışıq. "Vorskla" ilə ev oyununda da Kuba meydanda idi. Bilirsiniz ki, komandamıza müdafiəçi mövqeyində rəqabət var. Görürsünüz ki, Qurban müəllim tez-tez rotasiyalar edir. Məşqçimiz kimi məsləhət görsə, oynamağa hazırıq. 

 

- Meydanın sürüşkən olması oyuna necə təsir etdi?

- Meydanın sürüşkən olması topa nəzarətdə təsir edirdi. Meydanın sürüşkən olması oyunun sürətli davam etməsinə gətirib çıxardı. Çox sayda mübarizə olurdu. Maraqlı oyun alındı.  

 

- Qrupdakı şansınızı necə dəyərləndirirsiniz?

- "Sportinq"in "Arsenal"dan xal alması durumu dəyişir. Şanslarımız çox az idi, bundan sonra bir qədər də çətinləşdi. "Sportinq"lə evdə oyunumuz var, yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.  

 

- Bu gün Avrokuboklarda 99-cu oyununuzu keçirdiniz, növbəti matç 100-cü olacaq, özü də "Arsenal"la müqayisədə daha münasib rəqiblə. Həm bu xüsusilik, həm də qrupdakı vəziyyəti nəzərə alsaq, növbəti oyun sizin üçün nə qədər əhəmiyyətli olacaq?

- "Qarabağ"ın yeni tarix yazması mənim üçün önəmli olacaq. "Sportinq" kimi komandadan xal və ya xallar almaq mənim üçün çox önəm daşıyacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin