“Traktorsazi” 3 xalı 4 qolla qazandı

13:00 10 Noyabr 2018

Futbol üzrə İran çempionatında 12-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb. Təbriz klubu səfərdə “Zobahan”la qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu oyundan qələbə ilə ayrılıb - 4:1. Təbrizin digər təmsilçisi - “Maşinsazi” isə bu turda “Persepolis”lə qarşılaşacaq.

 

Hazırda “Traktorsazi” 22 xalla 3-cü pillədə qərarlaşıb. “Maşinsazi” isə 11 xalla 9-cudu.


Digər xəbərlər

Xəbər xətti