Mərhum klub prezidentinə heykəl qoyulacaq

16:45 10 Noyabr 2018

"Lester"in stadionu yaxınlığında mərhum prezident Vişay Şrivaddhanaprabheyə heykəl qoyulacaq.


Sportarena.az xəbər verir ki, bunu Vişayın oğlu, "Lester"in vitse-prezidenti Ayvatt Şrivaddhanaprabhe bildirib. "Biz onun mənə və klub üçün etdiklərinin əvəzini heçvaxt qaytara bilmərik. Lakin biz onun adını qorumaq üçün King Power stadionunun yaxınlığında onun heykəlini qoyduracağıq" - deyib Ayvatt. Qeyd edək ki, Vişay Şrivaddhanaprabhe 27 oktyabr tarixində "Leicester" - "West Ham United" qarşılaşmasından sonra şəxsi helikopteri ilə stadionu tərk etmək istəyərkən qəzaya uğrayıb.


Prezident Vişayla yanaşı helikopterdə olan digər 4 şəxsdə vəfat edib.


Digər xəbərlər

Xəbər xətti