"Neftçi"nin məşqçisinin ürəyi getdi

20:57 10 Noyabr 2018

Topaz Premyer Liqasının XI turunda evdə "Zirə" ilə keçirilən matçda "Neftçi"nin məşqçisi Füzuli Məmmədovun səhhəti pisləşib.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Roberto Bordinin köməkçisi paytaxt təmsilçisinin 36-cı dəqiqədə vurduğu qoldan sonra yerə yıxılıb. Həkimlər ona müdaxilə edib və mütəxəssis ayağa qalxa bilib. Məmmədovun halının pisləşməsinin səbəbi bilinmir.

 

Qeyd edək ki, "Neftçi" "Zirə"ni 1-0 hesabı ilə məğlub edir.


Xəbər xətti