Samir Abasov: "Ağsaqqallar xahiş etdilər ki, ona daha bir şans verim"

22:06 10 Noyabr 2018

Topaz Premyer Liqasının XI turu çərçivəsində “Bakcell Arena”da “Neftçi” ilə 2:2 hesablı bərabərliyə imza atan “Zirə”nin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bölüşüb.

 

- Bir neçə yaxşı oyundan sonra qalibiyyət yerinə düşərdi. Qeyri-adi heç nə etmədik. Heç-heçəyə üzülmürük. Liderlə bərabərliyə qaldıq. Paltardəyişmə otağında futbolçulara “öz oyunumuzu oynadıq” dedim. Bir qədər zamana ehtiyac var. İnsanları parlaq futbol sevindirmək üçün bir qədər vaxt lazımdı. Əvvəlki oyunlardan fərqli, bu gün hakim tərəf biz deyildik. Müəyyən epizodlarda biz, bəzi zaman kəsiyində rəqib üstün görünürdü. Vəziyyətimiz yaxşı deyil. Kamal Mirzəyev 2 gün öncə sıradan çıxdı. Ötən gün İlkin Qırtımov zədələndi. Dilan Duventri isinmə hərəkəti zamanı sıradan çıxdı. Oyun vaxtı da Anar Nəzirov. Uşaqlara təşəkkür edirəm. 

 

- İlk dövrədə Bordinlə mübahisə etdiniz. Hər ikiniz meydandan kənarlaşdırıldınız. Bu gün də italiyalı ilə söz mübahisəsinə girişdiniz. Sanki “Neftçi”ylə xüsusi motivasiya ilə çıxırsınız...
- Bu, futboldu. Biz də udmaq istəyirik. Deməzdim ki, hansısa xüsusi motivasiyamız olur. Sadəcə, oyun vaxtı emosiyalar qaynayır.

 

-  Anar Nəzirovun durumu nə yerdədi?
- Həkimlər içəri aparmaq istəsələr də, getmədi. Məncə, beyin silkələnməsi var. Çünki heç oyunun necə bitməsindən xəbəri yoxdu.

 

- Adətən hakimlər sizi qaralayır. Ancaq bu dəfə köməkçiniz meydandan kənarlaşdırıldı.
-  Bilmirəm nə üstündə oldu. Ancaq mən sakit idim.

 

- Sadiq Quliyevi əvəzedici heyətə göndərdiyinizi bildirmişdiniz, amma bu gün ehtiyat oyunçular skamyasında idi...
- Komandanın kapitanları, ağsaqqalları xahiş etdilər ki, daha bir şans verim. (Sport24.az)


Digər xəbərlər

Xəbər xətti