Bordin: “Zirə” sonuncu pillədə qərarlaşmağa layiq deyil”

22:24 10 Noyabr 2018

Topaz Premyer Liqasının XI turu çərçivəsində “Bakcell Arena”da “Zirə”ylə 2:2 hesablı bərabərliyə imza atan “Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bölüşüb.

 

-    Sərt oyun alındı. Hər iki komanda mübariz oyun sərgilədi. “Zirə” sonuncu pillədə qərarlaşmağa layiq deyil. Üzücü hal odu ki, hesabda önə keçdikdən sonra nəticəni qoruya bilmədik.

 

-    Müdafiə xəttində boşluqlar görünürdü. Kirilo Petrov çıxdıqdan sonra bu, problem düzəlmədi. Bunu aradan qaldıra biləcəksiniz?
-    Son oyunda Anton-Braliç tandemi yaxşı oyun göstərdi. Kirilo Petrov isə təcrübəli futbolçudu. O, gənclərə nümunədi. 

 

-    Elədirsə, Antonun ehtiyatda qalmasının səbəbi nə idi?
-    Açığı, sualın məntiqini anlaya bilmirəm. Heyət 1 gün öncə son məşqdən sonra müəyyənləşir. Bu, futboldu. Sadəcə, bu bizim seçimimiz idi.

 

-    Rəqib komandada xüsusi fərqləndirəcəyiniz futbolçular varmı?
-    Fərdi olaraq kimisə fərqləndirə bilmərəm. “Zİrə” kollektiv oyun nümayiş etdirdi.

 

-    Fizuli Məmmədovun durumu necədi?
-    Normaldı. Bir az qorxduq. Elə “Zirə”nin qapıçısına görə də narahatçılıq keçirdik. Şükürlər olsun, hər şey qaydasındadı. (Sport24.az)


Xəbər xətti