"Qarabağ" "Qəbələ"ni, "Keşlə" "Sumqayıt"ı məğlub etdi YENİLƏNİB

22:02 11 Noyabr 2018

Bu gün Topaz Premyer Liqasında 11-ci tura yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, "Qəbələ" doğma  meydanda "Qarabağ"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Rauf Cabbarov idarə edəcək. Meydan sahibləri liderlərə yaxınlaşmaq, Ağdam klubu isə 2-ci pilləni qaytarıb “Neftçi” ilə xal fərqini azaltmaq niyyətindədir.

 

İndiyədək bu komandalar 41 dəfə üz-üzə gəliblər. Oyunlardan 10-da "Qəbələ", 18-də "Qarabağ" qalib gəlibsə, daha 12-də heç-heçə qeydə alınıb. Bu mövsüm ilk dövrədə "Qarabağ" "Qəbələ"yə qalib gəlib - 4:1.

 

Turun son oyununda "Sumqayıt" "Keşlə"ni sınağa çəkəcək.

 

Topaz Premyer Liqası

11-ci  tur


11 noyabr (bazar)

 

17:30. "Qəbələ” – "Qarabağ” 1:3
Qollar: Ceyms Adeneyi, 33, İnnosent Emeqara, 47, Miçel, 65, Filip Ozobiç, 69 Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov
Qəbələ şəhər stadionu

 

19:30. "Sumqayıt” - "Keşlə” 1:4
Qollar: Amil Yunanov, 52,79 Georgios Georgiadis, 57, Atilla Yıldırım 65, Andre Klennon 90+3 Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
"Bayıl Arena"


Digər xəbərlər

Xəbər xətti