Tərlan Əhmədov: "Amil Yunanov kimi hücumçumun olmasına sevinirəm"

Sportarena.az      11 Noyabr 2018, 22:45

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XI turunda səfərdə “Sumqayıt”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, 46 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

 

- Qələbə bizim üçün çox vacib idi. Çünki son pillələrdə qərarlaşmışıq. Bu oyuna həddindən artıq çox yaxşı hazırlaşmışdıq. Müdafiədə az səhvlər etdik. Kompakt komanda yaratmaq istəyirəm. Amma hələ ki, tam alınmır. Qələbə qazandığımıza görə şadam. Millinin oyunlarına görə yaranan fasilədən maksimum yararlanmağa çalışacağıq.

 

- Vaqif Cavadovun olmamasına səbəb nə idi?

- Vaqif xəstədir, hərarəti var. Ona görə də, bu gün yox idi.

 

- Amil Yunanov nə yemişdi ki, belə yaxşı oynadı?

- Yerli futbolçuların olmasına çox sevinirəm. Amillə söhbətim olub, potensialına bələdəm. Başa saldım ki, istəkli olmalı və daha da inkişaf etməlisən. Mən istədiyimin 50-60 faizini etməyi bacardı.

 

- Ebrima Sohnanın qışda komandadan göndəriləcəyi söylənilir. Bu məsələ doğrudur?

- Heç bir siyahım yoxdur. Bu haqda rəhbərliklə söhbətim olmayıb. Qışa qədər bu heyətlə davam edəcəyik. Ondan sonra heyətlə bağlı qərar verəcəyik. Qış fasiləsinə bir tur qalmış rəhbərliklə söhbət edəcəyik, qərarımızı verəcəyik.

 

- Sizdən əvvəl iki futbolçu "Keşlə"ni tərk edib - Pərdis Fərcad-Azad və Adrian Skarlatake. Onların yeri görsənir?

- Yox, əvəzolunmaz insan yoxdur, təkrarolunmaz var. Bu komandada kim varsa, öna hörmət edirik. Bizim o mövqedə futbolçularımız var. Bu gün hücumda Amil Yunanov oynayır, buna sevinirəm. Demək olar ki, gedənlərin yeri görünmür. Hücum xəttinə daha gənc futbolçu cəlb etmək istəyirəm. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin