Mançester derbisində "şəhərlilər" sevindi - VİDEO

10:53 12 Noyabr 2018

İngiltərə Premyer Liqasında 12-ci turun görüşləri keçirilib.

 

Sportarena.az xəbər verir ki, turun mərkəzi oyununda "Mançester Siti" "Mançester Yunayted"i qəbul edib. Derbidə "şəhərlilər" qonaqları 3:1 hesabı ilə məğlub edib.

 

Premyer Liqanın turnir cədvəlinə 32 xalla "Mançester Siti" başçılıq edir. "Liverpul" 30 xalla 2-ci, "Çelsi" 28 xalla 3-cü, "Tottenhem" 27 xalla 4-cü, "Arsenal" 24 xalla 5-cidir. "Mançester Yunayted" 20 xalla 8-ci yerdə qərarlaşıb.

 

"Mançester Siti" 3:1 "Mançester Yunayted"

Qollar: David Silva, 12, Serxio Aquero, 48, İlkay Gündoğan, 86 - Antoni Marsial, 56 (pen.)


Digər xəbərlər

Xəbər xətti