Mirabdulla milliyə çağırılmasından danışdı: "Qurban Qurbanovdan dəvət gözləyirdim”

Sportarena.az      12 Noyabr 2018, 13:41

“Milliyə çağırılmağım sevindirici haldır. Hər bir futbolçunun arzuladığı bir şeydir. Oynayacağım halda əlimdən gələni edəcəyəm ki, milli komandaya xeyir verim”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov deyib. İlk dəfə milli komandaya çağırılan gənc forvard bununla bağlı təəssüratlarını açıqlayıb: “İlk dəfə çağırıldığımdan mənim üçün sürpriz oldu. Amma açığı, Qurban Qurbanovdan dəvət gözləyirdim”.

 

Mirabdullanın fikrincə, “Qarabağ”la oyunda (3:1) vurduğu qollar yox, bu mövsümkü çıxışı milliyə dəvət almasında əsas rol oynayıb: “Düşünürəm ki, əsas qol yox, oyundur. Baş məşqçi də çıxışıma qiymət verib, mənə dəvət göndərib. Milliyə davamlı olaraq çağırılıb-çağırılmayacağımı zaman göstərəcək. Mən tərəfdən deyə bilərəm ki, bundan sonra da yığmaya çağırılmaq üçün əlimdən gələni edəcəyəm”.

 

Abbasov UEFA Millətlər Liqasının Farer adaları və Kosovo ilə oyunları haqda da qısaca olaraq fikirlərini bildirib: “Əvvəlcədən fərqlənib-fərqlənməyəcəyimi deyə bilmərəm. İnanıram ki, komanda qələbə qazanar. Bir oyunçunun qol vurmağı vacib deyil”.

 

Qeyd edək ki, noyabrın 17-də Bakıda Farer adalarını qəbul edəcək millimiz 3 gün sonra səfərdə Kosovo ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin