Riberi jurnalisti vurdu

15:22 12 Noyabr 2018

“Bavariya”nın futbolçusu Frank Riberi qalmaqalla gündəmə gəlib.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Bundesliqanın 11-ci turunda səfərdə “Borussiya”ya 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalisti vurub. Fransalı müxbir onu qol fürsətlərindən yararlana bilməməkdə tənqid edib. Məğlubiyyətin ardından əsəblərini cilovlaya bilməyən futbolçu həmyerlisi ilə əvvəlcə mübahisə edib, daha sonra onun sinəsinə yumruq vurub.


Qeyd edək ki, bu xəbəri “Bavariya”nın idman direktoru Hasan Salihamidziç “Bild” nəşrinə verdiyi açıqlamada təsdiqləyib.


Digər xəbərlər

Xəbər xətti