"Sabah" liderlə qarşılaşacaq

16:02 12 Noyabr 2018

Azərbaycan milli komandasının Millətlər Liqasındakı oyunları ilə əlaqədar Premyer Liqada və 1-ci divizionda fasilə elan olunub.

 

Sportarena.az xəbər verir ki, bundan yararlanmaq istəyən “Sabah” yoxlama oyunu keçirəcək. Premyer Liqanın debütantı, Birinci Divizionun məğlubiyyətsiz lideri MOİK-lə qarşılaşacaq. Matç noyabrın 17-də, saat 14.00-da Masazırdakı “Əlincə Arena”da keçiriləcək.

 

“Sabah” hazırda Premyer Liqada 11 turdan sonra 16 xalla 4-cü pillədə yer alıb.

 


Digər xəbərlər

Xəbər xətti