Daha 4 idmançımız ABŞ-da dünya çempionu oldu - FOTO

17:45 12 Noyabr 2018

ABŞ-ın Orlando şəhərində keçirilən WPC versiyası üzrə pauerliftinq üzrə dünya çempionatında daha dörd idmançımız qızıl medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, Hafiz Verdiyev (100 kq) Classic RAW növündə öz çəki dərəcəsində çempion olmaqla yanaşı, dünya çempionatının mütləq çempionu adını qazanıb.

 

Rövşən Xəlilov (75 kq) isə öz çəki dərəcəsində Full Powerlifting (Üç hərəkətin cəmi) və Deadlift (Ağırlığı yerdən qaldırma) növlərində çempion olmaqla, iki qızıl medala yiyələnib. Mingəçevir təmsilçisi bununla da dördüncü dəfə dünya çempionu olub.


Xəbər xətti