Premyer Liqada mövsümün rekordu

Sportarena.az      12 Noyabr 2018, 17:01

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, 11-ci turun 4 oyununda qapılara 17 top vurulub. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. “Səbail” “Sabah”ı 4:0, “Keşlə” “Sumqayıt”ı 4:1, “Qarabağ” “Qəbələ”ni 3:1 hesabı ilə yenibsə, “Neftçi” və “Zirə” arasında görüşdə qalib müəyyənləşməyib – 2:2. Cari mövsüm üçün rekord göstərici olan bu rəqəm Azərbaycan çempionatlarının son ilyarımı üçün ən yüksək məhsuldarlığıdır.


Sonuncu dəfə 2016/17 mövsümünün XXVII turu isə qollarla daha zəngin olub. 2017-ci il aprelin 23-24-də baş tutan 3 görüşdə 13 top vurulub və orta göstərici 4,33-ə bərabər olub. Həmin vaxt “Kəpəz” AZAL-ı, “Qarabağ” “Sumqayıt”ı eyni – 2:1, “Qəbələ” isə “İnter”i 4:3 hesabı ilə udmuşdu. Turun bir matçının nəticəsi isə ləğv edilmişdi. Söhbət “Zirə” – “Neftçi” qarşılaşmasından (2:2) gedir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin