“Səbail”dən tarixi qələbə

18:17 12 Noyabr 2018

Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turunun “Sabah” – “Səbail” oyunu hər iki klubun tarixinə düşüb.
 

Sportarena.az xəbər verir ki, 4:0 hesabı ilə qalib gələn qonaqlar özünün TPL-də ən böyükhesablı qələbəsini qazanıb. Bu, “Səbail”in ümumiyyətlə ilk böyükhesablı qalibiyyətidi. Premyer Liqada ötən mövsüm debüt edən “Səbail” əvvəlki 38 matçda 2-dən artıq top fərqilə qalib gəlməmişdi. Əvvəlki 11 qələbədən 2-si texniki nəticə, 8-i bir, 1-i isə iki top fərqilə qeydə alınmışdı. Cari mövsümün 7-ci turunun “Sumqayıt”la oktyabrın 5-dəki görüşdə “Sumqayıt”ı 2 cavabsız qolla məğlub edən Aftandil Hacıyevin yetirmələri ilk dəfə üç xalı 1-dən çox fərqlə qazanmışdı. “Əlincə Arena”dakı görüşdə isə həmin göstərici ikiqat üstələnib.

 

Bu oyun “Səbail”in ən çox qol vurduğu Premyer Liqa matçıdı. Paytaxt təmsilçisinin əvvəlki rekordu ötən mövsümdə qeydə alınmışdı. 2017-ci il noyabrın 18-də “Kəpəz”lə səfər qarşılaşmasında 3 qol vuran qonaqlar 3:2 hesabı ilə qalib gəlmişdi.

11-ci turun oyunundakı məğlubiyyət “Sabah”ın Premyer Liqada ən böyükhesablı yenilgisidi. Bunadək bir dəfə ağır məğlubiyyət alan Elşad Əhmədovun komandası 2-ci turda “Sumqayıt”a 1:4 hesabı ilə uduzmuşdu.


Digər xəbərlər

Xəbər xətti